Bayden yeni pandemiya riski barədə xəbərdarlıq etdi
15 Dekabr 2022 10:45 DünyaBəşəriyyət daha bir pandemiya ilə üzləşəcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu çərşənbə günü ABŞ-Afrika sammitində çıxışı zamanı ABŞ Prezidenti Co Bayden deyib.
"COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa, səhiyyə xidmətinə universal əlçatanlığı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik", - deyə C.Bayden bildirib.
ABŞ Prezidenti qeyd edib ki, səlahiyyətlilər bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir.
"Və o (pandemiya - red.), mütləq olacaq", - deyə C.Bayden əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31