Ukraynaya son tranş ayrılıb - ÖZƏL
14 Dekabr 2022 16:44 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyası Ukraynaya 2022-ci ildə 500 milyon avro məbləğində son tranşı ayırıb və köçürüb. Bu barədə Avropa Komissiyasının nümayəndələri məlumat verib. "Bu gün Komissiya Ukraynaya 5 milyard avroluq müstəsna makromaliyyə dəstəyinin bir hissəsi kimi 500 milyon avroluq üçüncü və son tranşı köçürüb". Tranşın Ukraynaya güzəştli şərtlərlə kredit kimi verildiyi dəqiqləşdirilir. Söhbət bu ilin yazında assosiasiyada iştirak edən ölkələrin razılaşdığı Kiyevə maliyyə dəstəyindən gedir. 2022-ci ildə Avropa Komissiyası makromaliyyə dəstəyi çərçivəsində Ukraynaya 9 milyard avro köçürüb. ABŞ Konqresi isə ilin sonuna qədər Ukraynaya 50 milyard dollarlıq yardım paketini təsdiq edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31