Məşhur müğənni yolda ölü tapılıb - VİDEO

Puerto-Rikolu salsa əfsanəsi, bir neçə ay əvvəl boşanan 64 yaşlı Lalo Rodriges Sabana Abaxoda mənzilin qarşısında ölü tapılıb.

80-ci illərin sonlarında yayımlanan  "Ven, devorame otra vez" mahnısı ilə məşhurlaşan müğənninin ölümü ilə bağlı araşdırmalara başlanılıb. 

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Müğənninin ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

İspaniyada da sevilən müğənni mahnıları ilə diqqət çəkib və yayın ən çox səsləndirilən diskoteka mahnılarına imza atıb. 45 ildən artıq karyerası olan müğənninin digər diqqət çəkən əsərləri arasında Pero llegante tu və Nada de ti var. Əsl adı Ubaldo Rodrigez Santos olan müğənni karyerasına 12 yaşında Tempo Moderno Orkestrində vokalçı kimi başlayıb.

O, 16 yaşında əfsanəvi Puerto-Rikolu pianoçu Eddi Palmieri ilə birlikdə prodüserlik etdiyi "Latın Musiqisinin Günəşi" albomuna görə Anglo-Sakson Grammy mükafatını qazanıb.

Onun  "Ven, devorame otra vez" mahnısı da  beynəlxalq uğur qazanıb. Bu mahnı bir ildən çoxdur ki, Bilboard-un top 100 siyahısındadır.

26 il Orlandoda yaşayan müğənni 1986-cı ildə Vanda Torreslə ailə qurub, 4 övladı olub.

O, 2011-ci ildə Florida ştatında məişət zorakılığı ittihamı ilə həbs edilib və 2 il şərti azadlıqdan məhrum edilib. Bu müddət ərzində o, narkomaniya və alkoqol problemlərindən əziyyət çəkib.

Azmedia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31