MAQATE öz təhlükəsizlik missiyalarını “Ukraynanın bütün atom elektrik stansiyalarında” yerləşdirəcək – ÖZƏL
13 Dekabr 2022 11:58 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynanın baş naziri Denis Şmıqal ilə Paris görüşündə Zaporojye atom elektrik stansiyasında təhlükəsizlik zonasının yaradılması və agentliyin növbəti missiyalarını müzakirə edib.
"Biz Ukraynanın bütün atom elektrik stansiyalarında MAQATE-nin təhlükəsizlik missiyalarının yerləşdirilməsinə razılaşdıq. Zaporojye AES-in mühafizə zonasının yaradılması üzrə işlər davam edir", - Qrossi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31