Avropa Parlamentinin binasında 4 gündə 20 axtarış aparılıb
12 Dekabr 2022 23:27 DünyaBelçika polisi korrupsiya ilə bağlı təhqiqat çərçivəsində Brüsseldəki Avropa Parlamentinin binasında axtarış aparıb.
Olaylar.az Bakupost.az-a istinadən bildirir ki, bu, artıq qeyd edilən iş üzrə 4 gün ərzində aparılan 20-ci axtarışdır.
Axtarışın təfərrüatları isə açıqlanmayıb.
Xatırladaq ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Yeva Kayli və İtaliyadan olan keçmiş deputat Pyer-Antonio Panzeri həbs edilib. Son aylarda Qətəri açıq şəkildə dəstəkləyən belçikalı Avropa Parlamentinin üzvü Mark Tarabellinin evində axtarış aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31