ABŞ-ın rus diplomatlarını kütləvi şəkildə qovacağını istisna etmək olmaz - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın Rusiya Federasiyası ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq və  rusiyalı diplomatların ölkədən çıxarılmasına başlamaq istəyi istisna oluna bilməz. 
"Lakin bizə elə gəlir ki, özünüqoruma hissi hələ də olmalıdır" deyən Ryabkov, məsələnin diplomatların qovulmasından getməyəcəyinə ümid etməyə əsas olduğunu qeyd edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini çıxışı zamanı onu da bildirdi ki, ABŞ-la münasibətlərin qəsdən korlanması Rusiya Federasiyasının seçimi deyil, ölkə "gözə göz" prinsipi ilə hərəkət etmək niyyətindədir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31