İnsan hüquqlarını tapdadığına görə "qonşularımıza" sanksiya tətbiq edilib- ÖZƏL
9 Dekabr 2022 13:56 DünyaOlaylar.az xəbər verir ki, Kanada insan haqlarının pozulması iddiası ilə Rusiya , İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib . anksiya siyahısına "insan hüquqlarının sistematik şəkildə pozulmasında" əli olmaqda ittiham olunan 33 hazırkı və ya keçmiş yüksək rütbəli Rusiya məmuru var. Ümumilikdə, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Kanada Rusiya Federasiyası, Ukrayna və Belarusiyadan olan 1500-dən çox fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyub. Kanadanın Xarici İşlər Naziri Melanie Jolie görülən tədbirləri şərh edərkən, "Hələ görüləsi çox iş var, lakin Kanada heç vaxt insan hüquqlarının müdafiəsini dayandırmayacaq" deyib.
Bundan əlavə, 22 İran vətəndaşı, o cümlədən ədliyyə, penitensiar və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri, həmçinin İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş köməkçiləri kimi siyasi liderlər və dövlət mediası xadimləri də daxil olmaqla, siyahıya daxil edilib.
Məhdudiyyətlər Myanmada silahlı qüvvələrə silah tədarükünü dəstəkləməkdə ittiham olunan 12 fiziki şəxsə və üç quruma da şamil edilib.