Almaniyada bir sıra regionlarda qışda elektrik enerjisi kəsiləcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya hakimiyyəti bu qış bir sıra regionlarda elektrik enerjisinin qısamüddətli kəsilməsinə icazə verib. Bu barədə " Bild " qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, böyük miqdarda enerji istehlak edən iri təşkilatlar saat yarıma qədər elektrik şəbəkəsindən ayrıla bilər. Bundan başqa, şəhərlərin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yarana bilər. Sənəddə qeyd edilib ki, tədbirlər nəzarətdə saxlanılacaq və enerji şəbəkələrinin sabitləşdirilməsinə təsir göstərməlidir.

Noyabrın ortalarında Welt am Sonntag , Almaniyanın Mülki Mühafizə və Fəlakətlərə Yardım üzrə Federal İdarəsinin (BBK) rəhbəri Ralf Tieslerin bu qış elektrik enerjisinin qısamüddətli kəsiləcəyini proqnozlaşdırdığını bildirmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31