Qərb Ukrayna xalqından yem kimi istifadə edir?- ÖZƏL
9 Dekabr 2022 12:58 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb uzun illər Donbasda soyqırımı və terroru təşviq edib, əslində bu ölkəni müstəmləkəyə çevirib.
Bu barədə dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin müdafiə nazirlikləri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
Rusiya lideri vurğulayıb ki, Ukrayna xalqı Qərbin əlində "Rusiyaya qarşı qoç"a çevrilib, Kiyev Qərbin silah və sursatları ilə təchiz olunur, xarici muzdluları qəbul edir. Bütün bu hərəkətləri ilə Qərb Ukraynanı "intihar yoluna" sövq edir". Bir gün əvvəl Putin Ukraynanın infrastrukturuna hücumların Krım körpüsünə edilən hücuma cavab olduğunu bildirmişdi .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31