Kosovalı serblər Kosovska Mitrovitsa küçələrində toplaşmağa başlayıblar - ÖZƏL

Kosovska Mitrovitsa şəhərinin serb sakinləri tanınmamış Kosovo respublikasının polis qüvvələrinin əraziyə daxil olmasından sonra şəhərin küçələrində qrup halında toplaşmağa başlayıblar.

Olaylar.az xəbər verir ki, şəhərdə bütün yemək və içki obyektləri bağlanıb, qadınlar və uşaqlar evlərinə sığınırlar.

Kosovonun bir neçə yüz xüsusi təyinatlı zabiti serblərin məskunlaşdığı Kosovonun şimalına və Metoxiyaya hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31