Yaponiya Rusiya neftinin qiymət həddinin səmərəli olub-olmayacağına əmin deyil - ÖZƏL

"Yaponiya Rusiya nefti üçün qiymət həddinin effektiv olub-olmayacağına əmin deyil, lakin bu tədbirin neft ixracından Rusiyanın gəlirlərini azaldacağına inanır".

Olaylar.az xəbər verir ki. bunu Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno deyib.
"Rusiya neftinə qiymət limitinin tətbiqi Rusiyanın gəlirlərini azaltmaq və neft bazarının sabitliyini təmin etmək üçün nəzərdə tutulub. Mən bu tədbirin effektivliyi barədə əminliklə danışa bilmərəm. Bununla belə, mən hesab edirəm ki, bu, Rusiya neftinin qiymətini aşağı salacaq, hətta indiki addımlara qoşulmayan ölkələrə gəldikdə belə, bu, Rusiyanın imkanlarını məhdudlaşdıracaq" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31