Kiyevin nəzarətində olan Zaporojyedə silah-sursat anbarlarına zərbələr endirilib? - ÖZƏL

"Gecə ərzində Kiyevin nəzarətində olan Zaporojye şəhərinə endirilən zərbələr döyüş sursatı anbarlarına, hərbi maşınlara və döyüş əməliyyatları üçün istifadə edilən digər hədəflərə yönəlib".
Olaylar.az xəbər verir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" vətəndaş cəmiyyəti qrupunun sədri Vladimir Roqov bildirib.
"Bu gün saat 00:58-dən başlayaraq Ukrayna Prezidenti Vladimir Zelenski rejimi tərəfindən müvəqqəti işğal edilmiş regional paytaxt bir sıra partlayışlarla sarsıldı. İlkin məlumatlara görə, zərbələr hərbi texnika və sursat anbarlarına, ukraynalı yaraqlıların atəş mövqelərinə və infrastruktur obyektlərinə endirilib" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31