"Rus ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir" - Nuland

Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik göstərir.

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland çıxış edib.

"Baxmutun yaxınlığında baş verənlərə baxın. I Dünya müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir. Bu gedişat müdafiə sistemlərini Rusiya silahları ətrafında quran ölkələrin, məsələn, Hindistanın da mövqeyinə təsir edir", - Nuland qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31