Qırğızıstan və Tacikistan sərhədində GƏRGİNLİK
3 Dekabr 2022 21:59 DünyaQırğızıstan və Tacikistan sərhədində gərginlik yenidən artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu dəfə gərginliyi yerli sakinlər yaradıb:
"Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31