"Bu qərarı qəbul etməyəcəyik" - Peskov
3 Dekabr 2022 20:34 DünyaRusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, Avropa Birliyi, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barrelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər. D.Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.
Rusiya hökuməti sədrinin müavini Aleksey Novak da məsələ ilə əlaqədar qeyd edib ki, RF qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31