Peyğəmbərin məzarını axtarırdı, qəbirləri qazıb dağıtdı, polis saxladı
2 Dekabr 2022 11:53 DünyaTürkiyədə qəribə hadisə baş verib.
Olaylar.az xəbər verir ki, Bayburt vilayətində məzarları və qəbiristanlıqları bellə qazıb dağıdaraq, Hz. Musanın tabutunu axtardığını iddia edən şəxs polis tərəfindən yaxalanıb.
Polis bölməsinə gətirilən şəxs daha sonra sağlamlıq vəziyyətinin yoxlanılması üçün Bayburt Dövlət Xəstəxanasına aparılıb. Müayinələr nəticəsində əqli cəhətdən qeyri-sabit olduğu müəyyən edilib və ruhi dispanserə göndərilib.
Azerforum.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31