Putin İqor Korotçenkonu təltif etdi
1 Dekabr 2022 23:57 DünyaRusiyanın tanınmış hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiya Federasiyası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.
Olaylar.az xəbər verir ki, təqdimat mərasimi ötən gün baş tutub.
Qeyd edək ki, rusiyalı ekspertlər içərisində Korotçenko Cənubi Qafqazda baş verənləri izləyən və ədalətli qiymətləndirmə aparanlardan biridir. O, hər zaman, Rusiyanın mərkəzi kanallarındakı debatlarda da Azərbaycanın haqlı mövqeyini müdafiə edib və buna görə ermənilərin hədəfinə çevrilsə də, ədalətli yanaşmasını heç vaxt dəyişməyib. Beynəlxalq prinsiplərə, həqiqətə və ədalətə əsaslanmış cəsarətli çıxışlarına görə onu həm də "Azərbaycanın dostu" adlandırmaq olar.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31