"Təhdidlərin olduğu digər narahatedici hadisələr də baş verib” - Kuleba

Ukraynanın iki səfirliyi təhdid məktubları alıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Madriddə baş verənlərdən əlavə, partlayıcı maddələrlə bağlı olmayan, lakin Ukrayna səfirliklərinə çox konkret təhdidlərin olduğu digər narahatedici hadisələr də baş verib", - nazir bildirib.

D.Kuleba səfirlik əməkdaşlarının nə cür təhdidlər aldığını, eləcə də bu diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrin adını açıqlamayıb, sadəcə Ukrayna Xarici İşlər Nazirliyinin tezliklə bu məsələ ilə bağlı rəsmi şərh verəcəyini bildirib.

XİN rəhbərinin sözlərinə görə, bütün bu hadisələri nəzərə alaraq, məqsədli genişmiqyaslı kampaniyanın aparıldığını iddia etmək üçün əsas var.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31