"Əvvəlcə prezident Baydenlə ətraflı danışıqlar aparmaq istəyirdim” - Makron
1 Dekabr 2022 19:30 DünyaFransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
"Yaxın günlərdə danışmağı planlaşdırıram. Mən əvvəlcə prezident Baydenlə ətraflı danışıqlar aparmaq istəyirdim", - Makron bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, hazırda Vladimir Putinin qrafikində fransalı həmkarı Emmanuel Makronla telefon danışığı yoxdur.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31