Rusiya qırıcıları Belarusu TƏRK EDİR

"Xəncər" ("Kinjal") hipersəs raketlərini daşıya bilən Rusiyanın MiQ-31K qırıcıları Belarusu tərk edir.

Olaylar.az xəbər verir ki, bu barədə "Belarus Qayun" monitorinq qrupu məlumat yayıb.

"Rusiya Aerokosmik Qüvvələrinə məxsus RF-92462 və RF-92339 bort nömrəli iki MiQ-31K Belarusdan Rusiyanın Savasleyka aerodromuna uçub", - məlumatda qeyd olunub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31