Dövlət turizmin inkişafı üçün hər cür şərait yaradır - ÖZƏL

"Türkiyə dövləti turizmin inkişafı üçün hər cür şərait yaradır. Turizm zonalarında yol infrastrukturu daha da təkmilləşdirilir, yeni nəqliyyat xətləri çəkilir, turistlərin rahat şəkildə ölkəmizdə istirahəti üçün zəruri olan bütün addımlar atılır". Bu fikirləri "OLAYLAR"-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ahmet Mumcu səsləndirib. O bildirib ki, bu istiqamətə xüsusilə bölgələrdə, vilayətlərdə görülən işlər təqdir edilməlidir: "Turizm zonalarında qurulan yol infrastrukturu ölkəmizə səfər edən turistlərin rahat bir şəkildə istənilən turizm zonasına gedə bilmək imkanı yaradır".
Ahmet Mumcu deyib ki, məhz həyata keçirilən tədbirlər və turizmin inkişafı üçün atılan addımlar Türkiyəyə səfər edən turistlərin sayının ildən-ilə artmasına səbəb olur: "Digər tərəfdən Türkiyədə mövcud olan sabitlik də buranı xarici turistlər üçün cəlbedici ölkəyə çevirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31