Elm adamları meteorit sayəsində iki yeni mineral kəşf etdi - ÖZƏL/FOTO

Alimlərin fikrincə, Yerə düşən nəhəng meteoritin tərkibində indiyədək planetimizdə görünməmiş iki mineral var.

Kanadalı tədqiqatçılar meteoritin iki il əvvəl Somalinin kəndlərindən birində tapıldığını bildiriblər.

Olaylar.az xəbər verir ki, yeni mineralların rəsmi adları "elalit" və "elkinstantonit"- dir.

Onları Alberta Universitetinin alimləri 15 tonluq meteoritdən qopan 70 qramlıq  nümunəyə baxaraq müəyyən ediblər ki, bu meteorit planetimizə çatan ən böyük doqquzuncu meteoritdir və təxminən 90% dəmir və nikeldən ibarətdir.

Kəşf olunmuş üçüncü mineral hələ naməlumdur və universitet tədqiqatçıları tərəfindən təhlil edilir.

A slice of the El Ali meteorite, now housed in the University of Alberta's meteorite collection

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31