Rusiyada qaz, elektrik və suyun qiyməti ARTIRILDI
1 Dekabr 2022 11:14 DünyaRusiyada qaz, elektrik enerjsii, su və istilik təchizatının qiyməti dekabrın 1-dən artırılıb.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, tariflərin indeksləşdirilməsinin maksimal həddi 9%-dən çox olmayacaq.
İqtisadiyyat Nazirliyi indeksləşdirməni sentyabr ayında açıqlamışdı. Növbəti tarif artımının 2024-cü ilin iyulunda olacağı gözlənilir.
Bu, son bir ildə mənzil-kommunal xidmətlərin tariflərinin ikinci artımıdır.
Sonuncu dəfə artım iyul ayında olmuşdu. İyulun 1-dən ölkə üzrə orta hesabla maye qazın qiyməti 4,8 faiz, elektrik enerjisi xidmətlərinin qiyməti 4,6 faiz, isti su və istilik təchizatının qiyməti 4,1 faiz, soyuq suyun qiyməti 4 faiz artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31