Braziliyada ölümlə nəticələnən torpaq sürüşməsi baş verib: 50-yə yaxın şəxs itkin düşüb - ÖZƏL/FOTO

Braziliyanın cənubunda avtomobil yolunda baş verən sürüşmə nəticəsində azı iki nəfər ölüb, onlarla insan itkin düşüb.

Olaylar.az xəbər verir ki, səlahiyyətlilərin bildirdiyinə görə, Parana əyalətində BR-376 avtomobil yoluna palçıq selinin tökülməsi nəticəsində ən az 16 avtomobilə zərər dəyib.

Hadisə yerində olan xilasedicilər pis hava şəraitinin və məkanın mərkəzdən uzaq olmasının axtarış işlərini çətinləşdirdiyini bildiriblər.

Yerli hakimiyyət orqanları mətbuat konfransında bildiriblər ki, hadisə nəticəsində 30-50 nəfər itkin düşüb.Təcili yardım xidmətləri sahilyanı Quaratuba şəhərinin meri Roberto Yustus da daxil olmaqla altı sağ qalanı tapıb.

Sosial mediada yayımlanan videoda cənab Yustus "Tanrının lütfü ilə sağ qaldım" deyib.

Milli meteoroloji xidməti Braziliyanın bir çox bölgəsi üçün güclü yağış və daha çox sürüşmə ola biləcəyi ilə bağlı narahatlıqlarını çatdırıblar.

An aerial view of a landslide on the BR-376 federal road after heavy rains in Guaratuba, in Parana state in Brazil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31