"Andreyevka qəsəbəsinə tam nəzarət əldə edilib" - Rusiya Müdafiə Nazirliyi

Rusiya ordusu Donetskin Andreyevka qəsəbəsinə tam nəzarəti ələ keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Bundan əlavə, Rusiya qoşunlarının Donetskin Vodiane yaşayış məntəqəsini ələ keçirmək üçün uğurlu hücum əməliyyatlarının davam etdiyi vurğulanıb.

Qeyd edək ki, daha öncə də Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Donetsk istiqamətində iki yaşayış məntəqəsi - Beloqorovka və Perşe Travnyanın ələ keçirildiyini bəyan etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31