Rusiya vətəndaşlarına QARŞI SANKSİYA

Böyük Britaniya 22 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova daxil edilib.

Bundan əlavə, ölkənin regionlarındakı hərbi komissarlar da "qara siyahı"ya salınıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31