Əfqanıstanda məktəb partlaması nəticəsində şagirdlər həlak olub - ÖZƏL/FOTO
30 Noyabr 2022 16:30 DünyaƏfqanıstanın şimalında din məktəbində törədilən partlayış nəticəsində ən azı 10 şagird həlak olub.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, partlayış Samanqan vilayətinin Aybak şəhərində baş verib və çoxlu sayda yaralı var.
Lakin ölənlərin sayı qeyri-müəyyən olaraq qalır. Xəstəxana rəsmiləri isə partlayış nəticəsində 16 nəfərin öldüyünü bildiriblər.
Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31