Türkiyədə turistlərin tarixi abidələri ziyarəti üçün dəmir yolu xətti açılacaq - ÖZƏL

"Türkiyədə turistlərin, xüsusilə də xarici ölkələrdən Türkiyəyə səfər edən şəxslərin tarixi-mədəni abidələrə ziyarətini daha da asanlaşdırmaq üçün dəmir yolu xətti inşa olunacaq". Bu barədə  "OLAYLAR"-a məlumat verən Türkiyə Tarix Qurumunun Hadrianoupolis qədim yaşayış məskəni üzrə arxeoloji qazıntılar qrupunun rəhbər köməkçisi Sinan Əkinçi deyib ki, dəmir yolu xətti Ankaradan Safranboluya qədər uzanacaq: "Mədəniyyət və turizm qatarı adı veriləcək layihənin icrasına yaxın vaxtlarda başlanılacaq. Bu layihə turistlərin sözügedən qədim yaşayış məskənini ziyarət etməsini asanlaşdıracaq".
Sinan Əkinçi deyib ki,  Hadrianoupolis qədim yaşayış məskənini daha çox ukraynalı turistlər ziyarət edib: "Lakin Rusiya-Ukrayna müharibəsindən dolayı artıq ukraynalıların da ziyarətləri azalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31