Türkiyəyə 32 milyon turist gəlib - ÖZƏL
30 Noyabr 2022 14:37 DünyaCari ilin 8 ayı ərzində Türkiyəyə 32 milyon turist səfər edib. Bu barədə məlumatı "OLAYLAR"-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ahmet Mumcu verib. Bildirib ki, ilin sonuna qədər bu rəqəm 40 milyon nəfərə çata bilər: "Hədəfimiz daha böyük olsa da, hələlik əldə olunan rəqəmlərlə kifayətlənməli oluruq".
Ahmet Mumcu deyib ki, koronavirus pandemuyasından əvvəl Türkiyəyə turist səfərləri edənlərin sayı indiki göstəricidən qat-qat çox olub: "Pandemiya hər bir sahədə olduğu kimi turizmə də öz mənfi təsirini göstərib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31