Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlir? - ÖZƏL

"Türkiyə Cümhuriyyətinə turist kimi səfər edən ölkə vətəndaşları sırasından ilk üçlüyü Böyük Britaniya, Almaniya və İtaliya tutur". Bu fikirləri "OLAYLAR"-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ahmet Mumcu səsləndirib. O bildirib ki, son statistik göstəricilər də onu deməyə əsas verir ki, cari il ərzində çoxluğu adıkeçən 3 ölkə vətəndaşları təşkil edib
Ahmet Mumcu xarici ölkə turistlərinin Türkiyəyə üstünlük verməsini bu ölkədə siyasi sabitliyin olması və iqtisadi inkişafla əlaqələndirib. Nazirlik rəsmisi deyib ki, iqtisadi inkişaf öz növbəsində turizmin də inkişafına təkan verir və nəticə etibarilə turizm sənayesi Türkiyədə daha da inkişaf etdirilir: "Bu da Türkiyəni xarici ölkə vətəndaşları üçün cəlbedici ölkəyə çevirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31