Quş qripi yenidən aktivləşib: Böyük Britaniyada hinduşkalar bir-bir tələf olur - ÖZƏL
30 Noyabr 2022 14:42 DünyaBöyük Britaniyada Milad bayramı üçün istehsal olunan hinduşkaların yarısı quş qripindən məhv olub.
Olaylar.az xəbər verir ki, Britaniya Quşçuluq Şurasının baş icraçı direktoru R. Griffiths, təxminən 600 min hinduşkanın quş qripi səbəbi ilə tələf olduğunu dedi.
Hökumət bu yaxınlarda İngiltərədəki bütün ev quşlarının və qəfəs quşlarının quş qripi ilə mübarizə üçün qapalı yerlərdə, karantin şəraitində saxlanmasını əmr etdi.
Həmçinin, cənab Griffiths bu yolda lazım olan xərc miqdarının büdcəni aşa biləcəyini demişdir.
Fermerlər deyirlər ki, qiymət artımı olub-olmayacağından əmin deyillər, lakin quş qripi nəticəsində tədarük problemi olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31