Qətərdə keçirilən gözəllik yarışmasında dəvələr mübarizə aparır - ÖZƏL
30 Noyabr 2022 11:09 DünyaQətərdə kişilər arasında futbol üzrə dünya çempionatının qızışdığı bir vaxtda ölkədə digər yanda çox fərqli bir yarış keçirilir.
Olaylar.az xəbər verir ki, "Dəvə gözəli Dünya Kuboku" adlanan yarışda Körfəz ölkələrindən dəvələr iştirak edir.
Burada fərqli ölkələrdən gətirilmiş dəvələr fiziki özəlliklərinə görə xal toplayır və bu xallarla rəqibləri ilə yarışırlar. Ərəb ölkələri üçün standart hesab olunan bu yarış qərbli turistlər üçün çox qeyri-adi hesab olunub.
Yarışın digər şərq ölkələrində də mütəmadi olaraq keçirildiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31