G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər

"Böyük yeddilik" ("G7") ölkələri Ukraynadakı hərbi cinayətlərin araşdırılması barədə razılığa gəliblər.

Olaylar.az bildirir ki, bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman deyib.

Buşman bildirib ki, bunun üçün yüz minlərlə dəlilin toplanmasına ehtiyac var.

"Biz bunu bütün dünyada beynəlxalq cinayət məhkəməsi olaraq edirik, ona görə də sübutlar hüquqi səviyyədə toplanmalıdır ki, sonra hər yerdə istifadə olunsun. Odur ki, bugünkü görüşdə iştirak edən bütün dövlətlər belə bir əlaqə nöqtəsi yaratmaq öhdəliyini öz üzərinə götürüblər", - deyə Almaniyanın ədliyyə naziri bildirib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31