"Ölkələri hər fürsətdə təmkinli davranmağa çağırırıq" - Çavuşoğlu
29 Noyabr 2022 19:21 DünyaTürkiyə Montrö Konvensiyasının bütün tələblərini yerinə yetirir və bir dənə də döyüş gəmisi boğazlardan keçməyib.
Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Türkiyə Qara dəniz regionunda gərginliyin intensivliyini azaltmağa kömək edən Montrö Konvensiyasının bütün tələblərinə əməl edir. Türkiyə boğazlarından mart ayından başlayaraq bir dənə belə olsun hərbi gəmi keçməyib. Suriyaya gedən heç bir Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanından istifadə etməyib. Ankara ölkələri hər fürsətdə təmkinli davranmağa çağırır", - Çavuşoğlu bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31