Rusiyada azərbaycanlılar qorxulu xəstəliyə yoluxdu

Rusiyanın Moskva vilayətində yerləşən "Ozon" anbarının işçiləri kütləvi şəkildə meningit xəstəliyinə tutulublar. Onların arasında azərbaycanlılar da var.

Redaktor.az "BAZA" teleqram kanalına istinadla bildirir ki, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda deyilibn aydın olur.

Diplomatik mənbənin sözlərinə görə, artıq 30-dan çox yoluxma var.

"Yoluxanlardan yeddisi Qırğızıstan vətəndaşıdır. Digərləri Belarus, Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır", - deyə səfirlikdən vurğulanıb.

Məlumatda bildirilir ki, yoluxanlar Krasnoqorsk, Dedovsk və İstra xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər.

Qeyd edək ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") vəziyyəti ciddi nəzarətə götürüb. İşçilər karantinə yerləşdiriliblər və hazırda şəhərdə virusun yayılmasının qarşısını almaq üçün işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31