"Avropada silah üçün xammal çatışmır"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa hərbi-sənaye kompleksləri silah istehsalını genişləndirmək üçün kifayət qədər xammala malik deyil . Çexiya Silah və Müdafiə Sənayesi Assosiasiyasının rəhbəri Jiri Ginek , "Hərbi məhsulların istehsalı üçün lazım olan xammalın çoxu Aİ ölkələrində hasil edilmir və ya minimal dərəcədə hasil edilir" deyib. O, ilk növbədə sintetik kauçuk, kimyəvi maddələr və qablaşdırma materialları çatışmazlığına diqqət çəkib. Bundan əlavə,  gülləkeçirməz jiletlərin istehsalı ilə bağlı böyük çətinliklər var - bu hərbi texnika üçün xammalın çox hissəsi Asiyada yerləşir və bəzi firmalar artıq istehsallarını Çinə köçürüblər . 

Həmçinin, Avropa silah biznesi alüminium, platin və palladiumun gəldiyi Rusiya ilə əlaqələri kəsməkdən əziyyət çəkir Bundan əvvəl "Global Times" qəzeti Avropanın iqtisadi tükənməsi səbəbindən NATO -nun Ukraynaya silah tədarükünü kəsəcəyini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31