Türkiyə böyük turizm potensialına malikdir - ÖZƏL
29 Noyabr 2022 15:46 DünyaTürkiyə Cümhuriyyəti böyük turizm potensialına malikdir. Məhz buna görə də ilin bütün fəsillərində Türkiyəyə turistlər səfər edir. Bu fikirləri "OLAYLAR"-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ahmet Mumcu səsləndirib. O bildirib ki, təkcə paytaxt Ankara, turizm şəhəri kimi tanınan İstanbul deyil, eləcə də digər iri şəhərlərə il ərzində on minlərlə turist səfər edir: "Çünki Türkiyənin bölgələrində də turizm potensialı böyükdür. Ümumiyyətlə, Türkiyəyə səfər edən xarici turistlərin rahatlığı, onların ölkəmizdə rahat şəkildə istirahət etməsi, yenidən Türkiyəyə səfər etmələri üçün hər kəs əlindən gələni edir".
Ahmet Mumcu koronavirusa pandemuyasının Türkiye turizminə də ciddi ziyan vurduğunu, iqtisadiyyata mənfi təsir göstərdiyini deyib. Eyni zamanda onu da bildirib ki, artıq həmin problem aradan qaldırılır və turizm yenidən inkişaf edir.