NASA-nın Orion kapsulu kosmik məsafə rekordu qırdı - ÖZƏL
29 Noyabr 2022 13:00 DünyaABŞ Kosmik Agentliyinin Orion kapsulu Ay ətrafında nümayiş missiyasında mühüm mərhələyə çatıb.
Olaylar.az xəbər verir ki, bazar ertəsi kapsul Yerdən təqribən 430.000 km kənara çıxmışdı. Bu isə insanları daşımaq üçün nəzərdə tutulmuş istənilən kosmik gəminin qət etdiyi ən uzaq məsafə hesab edilir.
Kosmik gəmi hazırkı uçuşu insidentsiz başa vurarsa, astronavtlar iki ildən sonra növbəti səfərə çıxacaqlar.
NASA Orion ilə bir sıra daha mürəkkəb missiyalar planlaşdırır.
Qeyd edək ki, bu proseslər Kosmik Agentliyin 50 illik fasilədən sonra insanları Ay səthinə qaytarmağa çalışan Artemis proqramının bir hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31