Artyomovsk yaxınlığında ukraynalıların vəziyyəti pisləşir - ÖZƏL
29 Noyabr 2022 12:22 Dünya"Donetsk Xalq Respublikasının (DXR) Artyomovsk yaxınlığında yerləşdirilən Ukrayna qoşunlarının mənəvi-psixoloji durumu ağır itkilər və pis şərait fonunda pisləşir".
Olaylar.az xəbər verir ki, bunu zabit Andrey Maroçko bildirib.
"Artyomovsk yaxınlığındakı Ukrayna silahlı birləşmələrinin əhval-ruhiyyəsi getdikcə pisləşir. Ağır itkilər, pis şərait, maddi-texniki təchizatın azalması və qoşunlarımızın bu istiqamətdə son uğurları fonunda onların əhval-ruhiyyəsi aşağıdır" - deyə, o. bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31