Avropa İttifaqı yeni sanksiyalar paketi tətbiq etməklə nə əldə edəcək?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyası bu həftə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin hazırlanması ilə bağlı Aİ ölkələri ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu açıqlayıb. Avropa Komissiyası Rusiya neftinin qiymətinin yuxarı həddi məsələsində irəliləyiş əldə etmək üçün Polşaya belə bir güzəştə gedir. Bu mövzu ilə bağlı danışıqlar bir gün əvvəl aparılsa da, dalana dirənib. Avropa Komissiyası bir barel üçün 62 dollar həddi tətbiq etməyi təklif edib, lakin, Polşa və Estoniya bu qiyməti çox yüksək hesab edərək, aşağı salmağı təklif ediib. Bundan əlavə, Varşava qiymət tavanını Rusiyaya qarşı yeni məhdudiyyətlərin qəbulu ilə əlaqələndirmək istəyir.  Yeni məhdudiyyətlər paketi çərçivəsində Aİ sanksiyalar altında olan şəxslərin siyahısını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Bundan əvvəl Avropa İttifaqı Şurası anti-Rusiya sanksiyalarından yayınmağı cinayət kimi tanıyıb .

Eyni zamanda,  Macarıstan sanksiyaları Ukraynada sülhə nail olmaq üçün səmərəsiz üsul  adlandırıb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31