Dünyanın ən böyük aktiv vulkanı Havay adalarında püskürdü - FOTO

Dünyanın ən böyük aktiv vulkanı Havay adalarında yerləşən Mauna Loada 40 ildən sonra ilk dəfə püskürüb.

Olaylar.az xəbər verir ki, lava axını əsasən zirvə daxilində qalsa da, sakinlər həyəcan vəziyyətinə gətirilib və kül örtüyü yaranması riski ilə bağlı xəbərdarlıq edilib.

ABŞ Geoloji Xidməti vəziyyətin sürətlə dəyişə biləcəyini bildirib.

Vulkanla bağlı məlumatlandırma prosesi də "məsləhət" səviyyəsindən "xəbərdarlıq" səviyyəsinə, yəni ən yüksək təsnifata yüksəldilib.

Fövqəladə hallar rəsmiləri deyirlər ki, evakuasiya əmri verilməyib və əhalinin məskunlaşdığı ərazilərə bu vulkanın təsir etmə ehtimalı azdır.

Qeyd edək ki, Havay Vulkanları Milli Parkının daxilində yerləşən Mauna Loa, ştatın Böyük Adasının yarısını əhatə edir. Vulkan dəniz səviyyəsindən  4,169 m hündürlüyə qalxır və 5,179 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Hawaii's Mauna Loa volcano

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31