Ən böyük vulkanlarından biri oyandı - VİDEO

Ekvadorda dünyanın ən böyük və ən aktiv vulkanlarından biri olan Kotopaxi püskürməyə başlayıb. Sosial şəbəkələrdə onun oyanmasının görüntüləri yayılıb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, püskürmənin pik həddi yaxın vaxtlarda baş verməlidir.

Kotopaxi Yer kürəsinin ən aktiv vulkanlarından biri hesab olunur və 1738-ci ildən bəri 50 dəfədən çox püskürüb. 1877-ci ildəki püskürmədən sonra təxminən 140 il sakitləşib.

2015-ci ildə püskürmə zamanı kül sütunlarının hündürlüyü müxtəlif hesablamalara görə, 5-8 km-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31