Çarlz Darvinin imzası olan sənəd rekord qiymətə satışda - FOTO/ÖZƏL

Çarlz Darvinin təkamül nəzəriyyəsini müdafiə etdiyi və imzaladığı kağız cümə günü Nyu-Yorkda "Sothebychr("39")s" ilə satışa çıxarılır.

Olaylar.az xəbər verir ki, Kağızın 1 milyon funt sterlinqdən çox qiymətə satılacağı ehtimal edilir. Bu, Darvin əlyazması üçün dünya rekordu qiymətidir.

O, sənədi 1865-ci ildə jurnala köçürmək üçün hazırlamışdı.

Darvin sənədlərini arxivləşdirməyi vərdiş etmədiyi üçün günümüzə orijinal materialları olduqca az gəlib çıxıb.

Əksər sənədlərdə imzaları "C Darwin" və ya "Ch Darwin" kimi yazıldığı müşahidə olunub.

Onun "Çarlz Darvin" adının tam şəkildə və əlyazma ilə yazılması çox nadir görülən faktdır. Elə adı keçən sənədi mötəbər edən hal da budur.

Signature

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31