Çindəki etirazlar: Boş kağızlar aksiyaçıların simvoluna çevrilib - ÖZƏL/FOTO

Çox vaxt bir element bütün etiraz hərəkatını simvollaşdıra bilir. Çindəki aksiyalarda isə bu boş bir kağız parçasıdır.

Olaylar.az xəbər verir ki, bazar günü axşam Şanxayda nümayişçilər yanğında qurban getmiş şəxsləri anmaq üçün boş kağızlarla küçələrdə etiraz aksiyasına başlamışdılar.

Eynilə, paytaxt Pekində etirazçılar bir neçə il əvvəl prezident Xi Jinping-in iştirak etdiyi Pekinin nüfuzlu Tsinghua Universitetində keçirilən nümayişə boş kağız parçaları ilə gəlmişdilər.

Başqa bir videoda isə gənc bir qadının Wuzhen küçələrində biləklərində zəncirlər və ağzında yapışqan lentlə gəzdiyi görünüb. Onun da əlində bir vərəq boş kağız var idi.

Bu tendensiyanın kökləri 2020-ci ildə baş verən Honq-Konq nümayişlərində dayanır. O zaman da yerli sakinlər şəhərin yeni milli təhlükəsizlik qanunlarına etiraz etmək üçün boş kağız parçaları ilə aksiya keçrirmişdilər.

Qeyd olunur ki, aksiyaçılar bu etiraz növünü seçərək ironiya yaradaraq hökümətin boş kağız parçasına görə onları həbs edə bilməyəcəklərini ifadə etməyə çalışırlar.

Demonstrators in Beijing hold blank pieces of paper

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31