Moskva Venesuelanın digər ölkələrlə əlaqələrin qurulmasına yanaşmasını alqışlayır - ÖZƏL
28 Noyabr 2022 13:05 Dünya"Rusiya Karakasın digər ölkələrlə əməkdaşlığa və yeni əlaqələr qurmağa açıq yanaşmasını dəstəkləyir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov deyib.
"Venesuelada rejim dəyişikliyi üçün Qərbin blitskriegchr("39")i Bolivar hökumətinin və bu ölkə xalqının möhkəmliyi və qətiyyəti sayəsində uğursuz oldu. Buna baxmayaraq, venesuelalılar ənənəvi olaraq əməkdaşlığa açıq olduqlarını nümayiş etdirdilər. İndi hazırkı vəziyyəti nəzərə alaraq, hökumətləri bu səhvə yol vermiş bütün ölkələrə Karakasla dialoqa qayıtmaq imkanı verirlər. Və bu yanaşma yalnız alqışlana bilər" - Melik-Baqdasarov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31