Avropa İttifaqı Rusiya neftinə nə üçün "tavan" qiymət tətbiq edir?- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ hakimiyyəti Rusiya neftinə tavan qiymət tətbiqi məsələsində Avropa İttifaqına və onun bəzi üzv ölkələrinə təzyiq göstərir. Bu barədə " Politico " qəzeti yüksək rütbəli diplomata istinadən yazır. Diplomatın sözlərinə görə, ABŞ Aİ ölkələrinə neftin maksimal qiymətinin  Aİ səviyyəsində qəbul edilməsi üçün təzyiq göstərir.

Mənbə iddia edir ki, həyati maraqlar təhlükə altındadır və Avropa ölkələri məsuliyyət daşıyanlardan daha çox zərər görməməlidir. Diplomatın neftin qiymətinin yüksək olmasına tərəfdar olan ölkəni təmsil etdiyi vurğulanıb.  Polşanın Avropa İttifaqında müzakirə olunan Rusiya neftinin qiymətini iki dəfə azaltmaq təklifi Aİ ölkələrinin birliyinə mənfi təsir göstərə bilər. İndi Aİ Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı müzakirələri davam etdirir..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31