Türkiyə hökuməti Suriyanın şimalında quru əməliyyatını müzakirə edəcək - ÖZƏL
28 Noyabr 2022 12:11 Dünya"Türkiyənin Nazirlər Kabineti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi keçirilən iclasda Suriyanın şimalında Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarını hədəfə almağa planlaşdırılan quru əməliyyatını müzakirə edəcək".
Olaylar.az xəbər verir ki, bu barədə hökumət mənbələri məlumat verib.
İclasın gündəliyində terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq. O cümlədən, hökumət Türkiyənin noyabrın 20-dən Şimali İraq və Suriyada həyata keçirdiyi "Pəncə-Qılınc" hava əməliyyatını qiymətləndirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31