Dəfn mərasimində torpaq sürüşməsi baş verib, 11 nəfər ölüb

Kamerunun paytaxtı Yaunde şəhərinin şərqində dəfn mərasimi zamanı torpaq sürüşməsi baş verib, azı 11 nəfər həlak olub.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Agence France-Presse" məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31