"İçimiz rahat bir şəkildə qışı qarşılayırıq" - Rəcəb Tayyib Ərdoğan

Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda, şükürlər olsun ki, biz içimiz rahat bir şəkildə qışı qarşılayırıq.

Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Konya vilayət təşkilatının geniştərkibli toplantısındakı çıxışında səsləndirib.

Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran Ərdoğan bildirib ki, "1915 Çanaqqala" körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul Kanalı layihəsi də həyata vəsiqə qazanacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31