Hulusi Akar təcili Ankaraya qayıtdı
26 Noyabr 2022 23:03 DünyaTürkiyə milli müdafiə naziri Hulusi Akar təcili Konyadan Ankaraya gedib.
Olaylar.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Konya səfərində iştirak edən Akar İraqın şimalında ordunun şəhidlər verməsi xəbərini almasından dərhal sonra Ankaraya qayıdıb.
Nazir Akar Əməliyyat Mərkəzinə gedib və onun təcili iclas keçirməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, "Pəncə-Kilid" əməliyyat bölgəsində Türkiyə ordusu 2 şəhid verib, 3 nəfər isə yaralanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31